Parisdə polis idarəsinə hücum edilib

Parisdə polis idarəsinə hücum edilib
  03 Oktyabr 2019    Oxunub:1453
Fransanın paytaxtı Parisdə bıçaqlı şəxs polis idarəsinə daxil olaraq, orada polis əməkdaşlarına hücum edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 4 polis ölüb.

Hücum edən şəxs polislər tərəfindən zərərsizləşdirilib.

Təhlükəsizlik tədbirləri ilə əlaqədar polis idarəsinin yaxınlığında yerləşən Paris metrostansiyası müvəqqəti bağlanıb.

Faktla bağlı araşdırma aparılır.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Paris   Polis   Hücum   Metro  





Xəbər lenti