İranda general Süleymaniyə qarşı sui-qəsd planı

  03 Oktyabr 2019    Oxunub : 962
 İranda general Süleymaniyə qarşı sui-qəsd planı
İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymaniyə qarşı sui-qəsd planı ifşa olunub.
Azvision.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, xarici dövlətlərin xüsusi xidmət orqanlarının hazırladığı ssenari əsasında generalın Kirman şəhərində keçirilən Aşura mərasimi zamanı qətlə yetirilməsi planlaşdırılıb.

Plana uyğun olaraq Aşura mərasimi zamanı iğtişaş yaradılmalı və yaranacaq qarışıqlıq zamanı generala qarşı sui-qəsd edilməli idi. SEPAH-ın kəşfiyyat qrupu planın baş tutmasına mane olub. Sui-qəsdi həyata keçirmək istəyən şəxslərdən üçü həbs edilib. İstintaq davam edir.

Kənan Məmmədov
Azvision.az

Teqlər: İran   Qasım-Süleymani   Sui-qəsd   SEPAH