Ucqar kənddə müəllim işləyən gənc: “Maaşım əladır...”
Bunu Azvision.az -a Qubanın Əspərasti kənd Nurəddin Rzayev adına tam orta məktəbinin müəllimi Orxan Cəfərov deyib.
Müsahibimiz deyir ki, şagirdləri ilə dost, qardaş münasibəti yaratmağa çalışır. İstəyir ki, onlar nəyin ki, dərs vaxtı, hətta sərbəst vaxtlarda da müəllimlərinə sözlərini rahat şəkildə deyə bilsinlər. Qubaya gəliş səbəbi də buranın sakitliyidir.
"Şəhərdə qonşuların bir-birindən xəbəri olmur. Amma burada bir hadisə olan kimi bütün kənd tökülüşür. Məsələn, bu kəndin insanları bir-biri ilə qohumdur. Əvvəlcədən maraqlanıb gəlmişəm. Bura mənim üçün isti yerdir. Qubalılarda sözün düzünü demək kimi xüsusiyyət var. Bu, mənim çox xoşuma gəlir. Sənin haqqında ilk nə bilirlərsə, onu birbaşa deyirlər".
Gənc müəllim yaşayış yeri ilə də təmin olunub. O, əmək haqqınının miqdarını açıq deməsə də, şəhərdəkindən qat-qat yüksək olduğunu bildirib.
"Mənə elə gəlir ki, maaşım şəhərdəkilərin aldıqlarından da əladır. 3 ilim tamam olduqdan sonra qismət olarsa, yenə burada qalacağam. Sinfimdə qızlar yoxdur. Qızların oxumağı daha yaxşı olardı. Onların oxumağa oğlanlardan daha çox ehtiyacları var. Ötən il iki qızımız var idi. Onların təhsilləri yüksək səviyyədə olmadı deyə valideyinləri sənədlərini kollecə verdilər".
Şahanə Rəhimli
Foto:Şahin Sərdarov
Azvision.az
Teqlər: Quba kəndmüəllimi