Dodon Putinə hədiyyəsindən danışdı

  04 Oktyabr 2019    Oxunub : 4145
Dodon Putinə hədiyyəsindən danışdı
Moldava prezidenti İqor Dodon rusiyalı həmkarı Vladimir Putinin ad gününə göndərəcəyi hədiyyə ilə bağlı zarafat edib.
Azvision.az RİA Novosti-yə istinadən xəbər verir ki, Moldova dövlət başçısı Putinə onun çox sevdiyi Moldova çaxırı hədiyyə verə biləcəyini deyib.

"Bir neçə fikir var. Məsələn, özüm düzəltdiyim təzə ağ və ya qırmızı şərabı hədiyyə edə bilərəm".

Dodon jurnalistin Putinin Rusiya qanunlarına görə hədiyyəni qəbul edə bilməyəcəyi təqdirdə nə edəcəyi sualına zarafatla cavab verib: "Əgər dadına tez baxmalı olduğunuz bir çəllək şərab olacaqsa, onu muzeyə aparmaq lazımdır, yoxsa necə?".

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Rusiya   Moldova