Tomas Cefersonun İslama bağlılığı təsdiqləndi

Tomas Cefersonun İslama bağlılığı təsdiqləndi
  10 Dekabr 2013    Oxunub:2754
Onun müsəlman olduğunu iddia edən sənədlər də aşkarlanıb.
Amerika Birləşmiş Ştatlarının əsas tarixi simalarından biri, “Müstəqillik haqqında bəyannamə”nin müəllifi və ABŞ-ın üçüncü prezidenti Tomas Ceffersonun İslam dini ilə əlaqələri ortaya çıxıb. Amerikalı tədqiqatçıların çoxillik araşdırmalarının nəticəsi olaraq aydın olub ki, XVIII əsrin 70-ci illərində Ceferson öz şəxsi kitabxanası üçün çoxlu müsəlman əlyazmaları və o cümlədən “Qurani-Kərim” kitabını saxlayırmış. Bundan başqa o dövrün tarixi sənədlərində Cefersonun siyasi rəqiblərinin onun müsəlman olması barədə ittihamlar səsləndirdiyi də aşkarlanıb.

Tomas Cefferson yeni yaranan Amerika Birləşmiş Ştatlarının paytaxtında heç olmasa bir müsəlmanın təmsil olunmasını təklif edirdi. Şimali Afrikadakı müsəlman hökmdarlarla yazışan Amerikalı mütəfəkkir bir Allaha istinad edirdi. İslama olan maraq Tomas Ceffersonda siyasətdən uzaqlaşandan sonra da qalır. Onun böyük kitabxanasında İslam mədəniyyətinə həsr olunmuş ayrıca bölmə aşkarlanıb.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti