Rusiyada keçmiş deputatı ayı parçalayıb

   Rusiyada keçmiş deputatı ayı parçalayıb
  05 Oktyabr 2019    Oxunub:2098
Rusiyada keçmiş millət vəkilini ayı öldürüb.

Azvision.az Ria “Novosti”yə istinadən xəbər verir ki, hadisə Oymyakon vilayətində baş verib. Belə ki, Yakutiya Dövlət Məclisinin keçmiş deputatı, Yakutsk şəhərindəki İnşaat Marketinin sahibi Aleksandr Krılov dostları ilə ov etmək üçün Oymyakon rayonuna gedib.
Tomtor kəndi istiqamətində hərəkətdə olarkən keçmiş deputatın qarşısına ayı çıxıb və Aleksandr Krılov onu güllələyib. Ayının öldüyünü yoxlayan zaman digər ayı eks-deputata hücum edərək onu parçalayıb.

Rayonun bələdiyyə başçısının səlahiyyətlərini icra edən İqor Vodovozov jurnalistlərə açıqlamasında hadisə nəticəsində keçmiş deputatın öldüyünü bildirib.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Ayı   Rusiya  





Xəbər lenti