1187 qaçqın Suriyaya qayıtdı
“Son sutka ərzində Suriya Ərəb Respublikasına xarici dövlətlər ərazisindən 1187 qaçqın geri dönüb. Bunlardan 365 nəfəri “Cəydəd Yəbus” və “Təl Kəlləh” sərhəd-keçid məntəqəsini keçməklə Livandan, 822 nəfəri isə “Nəsib” sərhəd-keçid məntəqəsini keçməklə İordaniya ərazisindən qayıdıb”, - deyə məlumatda bildirilir.
Bundan başqa Suriya Silahlı Qüvvələrinin mühəndis istehkamçı birləşmələri 24 saat ərzində 2,2 hektar ərazini minalardan və partlayıcı qurğulardan təmizləyib. Həmçinin mütəxəssislər 31 ədəd partlayıcı qurğunu məhv edib.
İlkin Nəcəfzadə
Azvision.az
Teqlər: Suriya