`Gəzi` istintaqı yekunlaşdı

  10 Dekabr 2013    Oxunub : 667
`Gəzi` istintaqı yekunlaşdı
İstanbul şəhər Prokurorluğu Gəzi parkında baş verən iğtişaşlarla bağlı istintaqı yekunlaşdırıb.
İttiham aktında 7-si xarici ölkə vətəndaşı olmaqla, 255 nəfər şübhəli şəxsin adı qeyd olunub. Onlar “Sərbəst toplaşmaq haqqında qanunun tələblərini pozmaq” , “Dini obyektləri murdarlamaqla onlara zərər vermə” və “Xüsusi uniformaların yersiz istifadəsi” maddələri ilə şübhəli bilinirlər. 255 şübhəli haqqında həm də “Dövlət işçilərini iş icrası zamanı təhqir etmə”, “Dövlət işçilərinə iş icrası zamanı müqavimət göstərmə” maddələri ilə ittiham elan olunub.

Günahları sübut olunmuş şübhəlilər 5-ci Əsliyə Cəza Məhkəməsinə göndərilib. 10 nəfər isə şərti azadlığa buraxılıb. Xatırladaq ki, bundan əvvəl İstanbulun Gəzi parkında baş verən toqquşmalarla bağlı 308 nəfər həbs olunmuşdu. 6 ay davam edən istintaq bəzi şəxslərin hadisədə iştirakçı olmadığını müəyyən edib.

Vüqar İsmayılov

Teqlər: