İnformasiya terroru: Ermənilər faşizm ənənəsini necə bərpa etdilər...

      İnformasiya terroru:    Ermənilər faşizm ənənəsini necə bərpa etdilər...
  05 Oktyabr 2019    Oxunub:5376
UEFA Liqasının qrup mərhələsində mübarizə aparan "Qarabağ" klubumuz bu həftə Lüksemburqda “Düdelanj”la keçirilən səfər oyununda təxribatla üzləşdi. Daha doğrusu, təxribat kluba yox, bütövlükdə Azərbaycana qarşı yönəlmişdi. Futbolçularımızın vurduğu ikinci qoldan sonra, matçın 31-ci dəqiqəsində kimlərinsə idarə etdiyi uçan aparat - dron vasitəsilə “Jozi Bartel” stadionunun üzərinə Qarabağdakı kriminal rejimin qondarma "bayrağı" gətirildi.
Təbii ki, futbolçularımız buna qəti etirazlarını bildirdilər, oyun dayandı, meydanda gərgin anlar yaşandı. Azərbaycan tərəfi bu insidentə çox sərt reaksiya verdi. Lüksemburqda akkreditə olunmuş səfirimizə tapşırıldı ki, ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə saxlasın, təxribatlara cavabdeh şəxslərin tapıldığına, məsuliyyətə cəlb edildiyinə əmin olsun.

Artıq həm “Düdelaj” klubunun rəhbərliyi, həm Lüksemburqun idman naziri təxribata görə Azərbaycandan üzr istəyərək, məsələnin araşdrıldığını deyiblər. Biz inanırıq, inanmaq istəyirik ki, araşdırmalar nəticə verəcək. Çünki bir qədər dərinə getsək, əslində bu erməni təxribatı heç də təkcə Azərbaycana qarşı yönəlməyib. Əvvəla, stadiona elə rahat daxil olan dronda bayraq yox, başqa bir təhlükəli yük, məsələn, bomba da ola bilərdi. İkincisi isə...

Hazırda bütün dünya futbolu siyasətə qatmamağa çağırır. İstər UEFA, istərsə də dünyadakı digər futbol qurumları səylə çalışırlar ki, belə hallar baş verməsin, futbol ancaq meydanda oynanılsın və meydanda da ancaq futbol oynanılsın. Belə bir vəziyyətdə ermənilərin dronla futbol meydanına cinayətkar bir rejimin bayrağını gətirmələri təkcə Azərbaycana qarşı təxribat yox, dünyanın bütün futbol ictimaiyyətinə qarşı təhqirdir. Çünki hər oyunun öz meydanı var!

Belə bir təxribatı fikirləşmək üçün ancaq erməni olmaq lazımdır – Qorxaq, hiyləgər, arxadan zərbə vuran... Bütün Avropada erməni diasporunun və lobbisinin getdikcə zəiflədiyi, Azərbaycanın informasiya savaşında üstünlüyü ələ aldığı bir dövrdə bu cür təxribat, guya nəyi dəyişəcək ki?! Bizi o meydanda “Qarabağ”ın adını daşıyan parlaq futbol klubu, erməniləri isə cinayətkar qurumun uçan oyuncaqdan miskin şəkildə sallanan tanınmamış əski parçası təmsil edirsə, bu, artıq qələbə deməkdir.

Erməni tərəfin əl atdığı bu vasitə əslində informasiya təxribatı da yox, informasiya terrorudur. Çünki məhz terrorçular kiçik hadisə ilə böyük effekt yaratmağa cəhd edirlər. Terror isə uduzan tərəfin taktikasıdır, ona zəiflər əl atırlar. Bu hadisə onu göstərdi ki, artıq informasiya savaşında uduzan, zəif düşən ermənilər həmin meydanda terror taktikasına əl atmağa başlayıblar.

Bu təxribata, yaxur informasiya terroruna verilən ən yaxşı cavab isə hadisədən sonra yaranan gərginliyə baxmayaraq, “Qarabağ”ın əzmlə oynayıb, daha iki qol vurması idi. Bunlar sevimli klubumuzun vurduğu bəlkə də ən mənalı qollar idilər. Həmin simvolik qollarla “Qarabağ” sanki dedi ki, istənilən təxribata baxmayaraq, sonda qələbə bizim olacaq!

Əslində bu təxribat, daha doğrusu, informasiya terroru ermənilərin özlərini daha çox gözdən salacaq. Çünki idman yarışları hər zaman sülhü təbliğ edən tədbir sayılıblar. İdman meydanına müharibə təbliğatı, nifrət, ksenofobiya gətirmək yolverilməz hesab olunur. Avropada ancaq faşist Almaniyası zamanında olmuş bu iyrənc ənənəni indi ermənilər yenidən bərpa etdilər. Və bununla bir daha göstərdilər ki, erməniliklə faşizmin nə qədər ruhi və mənəvi yaxınlığı var! Avropada belə məsələlərə çox həsas yanaşırlar.



Digər tərəfdən isə, belə hallar “Qarabağ”ı sadəcə, hər dəfə bir az da böyüdür. Bu komanda daşıdığı ada görə çox haqsızlıqlarla, ədalətsiz qərarlarla, təxribatlarla üzləşib, amma hər dəfə daha da güclənib və inadla öz yolunu davam edir. Hər dəfə daha çox sevgi və uğur qazanır. Bunun özü də böyük bir simvolik hal sayıla bilər.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Qarabağ   Düdelanj   Dron  





Xəbər lenti