Qafqazlılar Moskvanın mərkəzində mitinq keçirəcək

Qafqazlılar Moskvanın mərkəzində mitinq keçirəcək
  10 Dekabr 2013    Oxunub:1225
Mitinq dekabrın 20-nə təyin olunub.
Şimali Qafqazdakı ictimai təşkilatların nümayəndələri cəmiyyətdəki islamafobiya, ksenofobiya və anti-qafqaz əhval-ruhiyyəsinə qarşı ümumrusiya mitinqi təşkil edəcək.
AzVision.az “Nezavisimaya qazeta”ya istinadən xəbər verir ki, mitinq barədə qərar Mahaçqalada qəbul olunub.

Bundan əlavə, Mərkəzi Asiya diasporaları da aksiyada iştirak etməyə hazır olduqlarını bildiriblər. Aksiyanın Manej meydanında keçirilməsi istisna edilmir. Bu 2010-cu ilin dekabrında Manej meydanında baş verən iğtişaşlara cavab olacaq. Həmin vaxt millətçilərin meydanda törətdikləri iğtişaşlarda 32 nəfər xəsarət almış, 80 nəfər saxlanılmışdı.

Şimali Qafqazdan olan ictimai təşkilat nümayəndələri məktəblərdə hicabın qadağan olunması, məscidlərin tikilməsi üçün əngəllərin yaradılması və müsəlman aktivistlərin həbsinə etiraz edəcəklərini bildiriblər.

Biryulevo rayonunda baş verən kütləvi iğtişaşlar və tanınmış vəkil Murad Musayevə qarşı cinayət işinin açılmasından sonra mitinqin keçiriləmsinə ehtiyac duyan qafqazlılar cəmiyyətdə onlar barəsində yaranmış stereotiplərə və hüquqlarının tapdalanmasına etiraz edəcəklər.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti