Niderland Hollandiya adından imtina etdi

  06 Oktyabr 2019    Oxunub : 4613
 Niderland Hollandiya adından imtina etdi
Niderland hökuməti Hollandiya adından imtina edib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət ölkənin yeni obrazını yaratmaq üçün belə qərar qəbul edib. Bildirilib ki, Hollandiya adı turistlərdə narkotik və Amstredamın Qırmızı fənər məhəlləsi kimi assosiasiya olunur.
Ölkənin yeni imici Niderland adı ətrafında qurulacaq. Belə ki, Niderland adı beynəlxalq tədbirlərdə, həmçinin "Eurovision-2020" mahnı müsabiqəsində təbliğ olunacaq.

Bundan əlavə, ölkənin futbol üzrə yığma komandası da Hollandiya adından imtina edəcək.

Azvision.az

Teqlər: Hollandiya   Niderland