ABŞ-ın Missuri ştatının Kanzas-Siti şəhərində barlardan birində silahlı insident baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, gecə saatlarında bara daxil olan naməlum şəxs insanlara atəş açmağa başlayıb. Hadisə nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Faktla bağlı araşdırma aparılır.