ABŞ Türkiyəni Suriyadakı əməliyyatlarda dəstəkləmir

ABŞ Türkiyəni Suriyadakı əməliyyatlarda dəstəkləmir
  07 Oktyabr 2019    Oxunub:2073
Pentaqon rəsmi Ankaranın Suriyanın şimalında keçirmək niyyətində olduğu hərbi əməliyyatda iştirak etməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığından sonra Ağ evin saytında dərc edilən açıqlamada bildirilib.

Rəsmi Vaşinqton Türkiyənin planlaşdırılan əməliyyatı tezliklə başlayacağını təsdiq edib: "İŞİD-çiləri məğlub edən ABŞ qüvvələri artıq yaxınlıqda olmayacaqlar. Terror qruplaşmasının məğlubiyyətindən sonra son iki ildə tutulan bütün İŞİD-çilərə görə məsuliyyəti Türkiyə daşıyacaq".

ABŞ İŞİD-in Fransa, Almaniya və digər Avropa ölkələrindən olan üzvlərinin bu ölkələr tərəfindən geri alınmasını da tələb edib: "ABŞ onları uzun illər və ölkənin vergi ödəyicilərinin hesabına saxlamayacaq".

Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti