“Heç kimin torpağında gözümüz yoxdur” - İbrahim Qalın

 “Heç kimin torpağında gözümüz yoxdur” -  İbrahim Qalın
  07 Oktyabr 2019    Oxunub:2556
ABŞ-ın Türkiyənin Suriyanın şimalında keçirmək niyyətində olduğu hərbi əməliyyatda iştirak etməyəcəyi barədə açıqlamaya rəsmi Ankara münasibət bildirib.
Azvision.az xəbər verir ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın "Twitter" paylaşımında ölkəsinin heç kimin torpağında gözü olmadığını bəyan edib.

"Türkiyənin kimsənin torpağında gözü yoxdur. Suriyanın ərazi bütövlüyü çərçivəsində təhlükəsiz bölgənin yaradılmasında iki məqsəd var. Birincisi, terror ünsürlərini təmizləyərək sərhədlərimizin təhlükəsizliyini təmin etmək, ikincisi məcburi köçkünlərin təhlükəsiz geri dönməsini reallaşdırmaqdır", - deyə İ.Qalın vurğulayıb.

Kənan Məmmədov
Azvision.az




Teqlər: Türkiyə   ABŞ   Suriya   Terror  





Xəbər lenti