“Türkiyənin təhlükəsizliyini təmin etməkdə qərarlıyıq” - Çavuşoğlu

“Türkiyənin təhlükəsizliyini təmin etməkdə qərarlıyıq” -    Çavuşoğlu
  07 Oktyabr 2019    Oxunub:2352
Suriyada böhran başlayandan bəri Türkiyə bu ölkənin ərazi bütövlüyünü dəstəkləyib, bundan sonra da dəstəkləyəcək.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz “Twitter” səhifəsində yazıb.

Çavuşoğlu qeyd edib: “Bölgəni terrorçulardan təmizləyərək ölkəmizin yaşamını və təhlükəsizliyini təmin etməkdə qərarlıyıq. Biz Suriyada əmin-amanlığın, təhlükəsizliyin və sabitliyin təmin edilməsinə öz töhfəmizi verəcəyik”.

Xatırladaq ki, rəsmi Ankara Suriyanın şimalında hərbi əməliyyatlar keçirmək niyyətini açıqlayıb. Pentaqon bu əməliyyatlarda iştirak etməyəcəyini bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çavuşoğlu   Türkiyə   ABŞ  





Xəbər lenti