ABŞ qoşunları Suriyanın şimalını tərk edir - Ərdoğan təsdiqlədi

  07 Oktyabr 2019    Oxunub : 1486
 ABŞ qoşunları Suriyanın şimalını tərk edir - Ərdoğan təsdiqlədi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ qüvvələrinin Suriyanın şimalını tərk etdiyini təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə Ərdoğan Serbiyaya səfərdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Ərdoğan deyib: “Axşam (bazar günü - red.) ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra amerikalı hərbçilər geri çəkilməyə başladılar. Buna qədər də Tramp hərbçilərə geri çəkilməyi əmr etmişdi. Onlar bir az gecikdilər. Biz ABŞ-la daim təmasdayıq. Və bir gün biz gələcəyik (Suriyanın şimalına), çünki terror təhlükəsi qəbuledilməzdir”.

Daha əvvəl Ərdoğan Suriyanın şimalında hərbi əməliyyatlarla bağlı qərarın yaxın günlərdə verilə biləcəyini deyib. Onun sözlərinə görə, əməliyyatın məqsədi Suriya ilə Türkiyə arasındakı sərhədi terrorçulardan təmizləmək, Türkiyədəki suriyalı qaçqınları yerləşdirmək üçün təhlükəsizlik zonası yaratmaqdır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Ərdoğan   Suriya