Aİ “Şərq Tərəfdaşlığı” ölkələrinə dəstəyini gücləndirir

Aİ “Şərq Tərəfdaşlığı” ölkələrinə dəstəyini gücləndirir
  08 Oktyabr 2019    Oxunub:2499
Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələrinə (Azərbaycan, Ermənistan, Belarus, Ukrayna, Gürcüstan, Moldova) dəstəyini gücləndirməlidir, lakin bu fəaliyyət digər dövlətlərə qarşı yönəlməməlidir.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə gələcək ali nümayəndəsi, İspaniyanın fəaliyyətdə olan xarici işlər naziri Cozep Borrell deyib.

"Biz “Şərq Tərəfdaşlığı” ölkələrinə münasibətdə birliyi qorumalı və qonşu ölkələrə dəstəyi gücləndirməliyik. Ancaq təkrar edirəm, bu heç kimə qarşı deyil", - Borell əlavə edib.

Qeyd edək ki, Cozep Borrell 1 noyabr 2019-cu il tarixindən etibarən Aİ diplomatiyasının rəhbəri vəzifəsinə başlayacaq. O, bu postda Federika Moqerini əvəz edəcək.

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” proqramı təşəbbüsü İsveç və Polşanın xarici işlər nazirləri Karl Bildt və Rodoslav Sikorski tərəfindən 2008-ci ilin may ayında irəli sürülüb, həmin ilin dekabrında Aİ ölkələrinin liderləri bunu təsdiqləyib. Aİ-nin 2009-cu ilin martında keçirilən sammitində altı ölkə ilə əlaqələrin əsasını təmin edən plan təsdiq edilib. Proqram rəsmi olaraq 7 may 2009-cu ildə başlanıb və icrasına Avropa Komissiyası nəzarət edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:   Şərq-Tərəfdaşlığı  





Xəbər lenti