Paşinyan baş müşaviri işdən qovdu

  08 Oktyabr 2019    Oxunub : 1277
 Paşinyan baş müşaviri işdən qovdu
Ermənistanın baş naziri Nikol Paşinyan Valeri Osipyanı baş müşavir vəzifəsindən kənarlaşdırıb.
Azvision.az xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin rəsmi saytında dərc edilib.

Xatırladaq ki, Valeri Osipyan bu ilin 18 sentyabr tarixində Ermənistan polisinin rəisi vəzifəsindən istefa verib. Həmin gün Paşinyan onu baş nazirin baş müşaviri təyin etmişdi.

P.Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Paşinyan