Rəsmi Tehran Türkiyəni hərbi əməliyyatlardan çəkinməyə çağırdı

  08 Oktyabr 2019    Oxunub : 2254
Rəsmi Tehran Türkiyəni hərbi əməliyyatlardan çəkinməyə çağırdı
Türkiyə qüvvələrinin Suriyanın şimalında hərbi əməliyyatlara başlaması maddi və humanitar zərərə səbəb ola bilər.
Azvision.az "RİA-Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Rəsmi Tehran Türkiyə tərəfinin Suriyanın şimalında hərbi əməliyyatlara başlamaq niyyəti ilə bağlı xəbərləri narahatlıqla izləyir. Hesab edirik ki, belə bir addımın atılması nəinki Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını aradan qaldıracaq, əksinə geniş maddi və humanitar ziyana səbəb olacaq”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edilib ki, Tehran hər cür hərbi əməliyyatların əleyhinədir və məsələnin sülh yolu ilə aradan qaldırılması üçün Türkiyə və Suriya ilə dərhal əlaqə yaratmağa hazırdır.

Daha əvvəl İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib: "Biz Türkiyə tərəfinə dedik ki, Türkiyənin təhlükəsizliyi yalnız sərhəd bölgələrində hərbi qüvvələrin yerləşdirilməsi ilə təmin edilə bilər. Suriyanın suverenliyinə və təhlükəsizliyinə qarşı edilən hərəkətlər Türkiyəyə heç bir fayda gətirməyəcək".

P.Sultanova
Azvision.az

Teqlər: İran   Türkiyə   XİN   Suriya