Türkiyə qarant-dövlət statusunu itirə bilər - Suriya XİN

  09 Oktyabr 2019    Oxunub : 4193
Türkiyə qarant-dövlət statusunu itirə bilər - Suriya XİN
Türkiyə Suriyanın şimal-şərqində hərbi əməliyyata başlasa, "Astana" prosesindəki qarant-dövlət statusunu itirəcək.
Azvision.az "RİA-Novosti"yə istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Suriya XİN-in açıqlamasında bildirilib: “Ərdoğan hakimiyyəti hərbi əməliyyatlara başlayacağı təqdirdə "Astana" prosesindəki qarant-dövlət statusunu tamamilə itirəcək, eyni zamanda bütün siyasi prosesə sarsıdıcı zərbə vuracaq".

Qeyd edək ki, Suriya böhranı ilə bağlı növbəti “Astana” məsləhətləşmələri oktyabr ayında Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək. Bundan əvvəlki görüş ötən ay Ankarada baş tutub.

“Astana” formatının qarant ölkələri Rusiya, İran və Türkiyədir.

P.Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Suriya