Jurnalistlər Zelenskini sorğu-sual edəcəklər

  09 Oktyabr 2019    Oxunub : 1499
 Jurnalistlər Zelenskini sorğu-sual edəcəklər
Oktyabrın 10-da Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə press-marafon keçiriləcək.
Azvision.az "Interfax" agentliyinə istinadən xəbər verir ki, press-marafon yerli vaxtla saat 10:00-da başlayacaq və Zelenski gün boyu jurnalistlərin suallarına cavab verəcək.

Qeyd edək ki, press-marafon prezident ofisinin sosial şəbəkələrdəki səhifələrindən birbaşa yayımlanacaq.

Azvision.az

Teqlər: Zelenski   Ukrayna