Jurnalistlərin futbolunda dava - VİDEO

Jurnalistlərin futbolunda dava - VİDEO
  11 Dekabr 2013    Oxunub:1177
Futbola yaraşmayan hərəkətlər “Futbol+” və “İdman Azərbaycan” komandalarının oyununda baş verdi.
Stadium.az saytının və PFL-in sponsorluğu ilə keçirilən Jurnalistlərin Həmrəylik Kubokunda növbəti turun oyunları keçirilib.

AzVision.az xəbər verir ki, “Futbol+” və “İdman Azərbaycan” komandalarının oyunu gərgin keçib. Qrupu lider kimi bitirmək istəyən komandaların oyununda “Futbol+” rəqibini 4:2 hesabı ilə məğlub edib.

Oyunun sonları bir neçə xoşa gəlməz hadisə ilə yadda qalıb. Belə ki, oyun epizodlarının birində yerə yıxılan “Futbol +” komandasınının oyunçusu Əli Raufoğlu ilə “İdman Azərbaycan”ın qapıçısı arasında narazılıq yaşanıb. Onlar əlbəyaxa olublar. Digər jurnalistlər və hakimlər əlbəyaxaya müdaxilə edərək onları ayırıb.

Oyun ərzində bir neçə insident də yaşanıb.




Teqlər:





Xəbər lenti