ABŞ dövlət katibinin köməkçisi Kiyevdə

ABŞ dövlət katibinin köməkçisi Kiyevdə
  11 Dekabr 2013    Oxunub:1465
ABŞ dövlət katibinin köməkçisi Kiyevin Azadlıq meydanına gəlib.
ABŞ dövlət katibinin köməkçisi Biktoriya Nuland bu gün Kiyevdəki Azadlıq meydanına gəlib. AzVision.az Ukrayna KİV-nə istinadən bildirir ki, onun məqsədi Ukraynadakı siyasi böhranı həll etməkdir. Nuland Həmkarlar Evində “Batkivşina” fraksiyasının lideri Arseni Yatsenyuk, “UDAR” Partiyasının lideri Vitali Kliçko, “Azadlıq” Partiyasının lideri Oleq Tyaqnıbok və digərləri ilə görüşüb. Avropa Parlamentinin Liberallar və demokratlar Alyansının nümayəndələri da daim Azadlıq meydanında olacaqlarını və dinc aksiyaya dəstək verəcəklərini bəyan ediblər.

Yeri gəlmişkən, Ukraynanın keçmiş prezidentləri dekabrın 11-də hakimiyyətlə müxalifətin dəyirmi masasının keçiriləcəyini istisna etmirlər. Ukrayna KİV-ləri bildirir ki, bu haqda ölkənin ilk prezidenti Leonid Kravçuk məlumat verib. Onun sözlərinə görə, sabahkı tədbirdə indiki prezident Viktor Yanukoviç, üç keçmiş dövlət başçısı, hakimiyyət nümayəndələri və müxalifətin iştirakı gözlənilir: “Əgər bütün tərəflərlə razılığa gələ bilsək, onda sabah dəyirmi masanın açılışını edə bilərik”.

Kravçukun dediyinə görə, müxalifət liderləri də bu danışıqlara dəvət olunublar: “Müxalifət nümayəndələrinin ümummilli dəyirmi masaya dəvət olunması qərara alınıb. Gəlib-gəlməyəcəkləri onların artıq öz problemidir, biz onları dəvət etmişik. Onlar dəyirmi masanın iştirakçısı kimi öz mövqelərini söyləmək imkanı əldə edəcəklər”.


Teqlər:





Xəbər lenti