Rusiyanın hərbi təyyarəsi qəza enişi edib

  10 Oktyabr 2019    Oxunub : 1308
Rusiyanın hərbi təyyarəsi qəza enişi edib
Rusiyanın An-12 hərbi nəqliyyat təyyarəsi Yekaterinburqdakı Koltsovo hava limanında təcili qəza enişi edib.
Azvision.az "RİA-Novosti"yə istinadən xəbər verir ki, eniş zamanı ekipaj və sərnişinlər xəsarət almayıblar.

"Oktyabrın 10-da Moskva vaxtı ilə saat 09:12-də Yekaterinburqun Koltsovo hava limanında Çelyabinsk bölgəsindən planlaşdırılmış uçuş zamanı An-12 hərbi nəqliyyat təyyarəsi təcili eniş edib. Ekipaj və sərnişinlər arasında itki yoxdur. Hadisənin səbəbləri xüsusi komissiya tərəfindən araşdırılır”, - deyə Mərkəzi Hərbi dairənin açıqlamasında bildirilib.

Məlumata görə, təyyarə eniş etdikdən sonra yanmağa başlayıb, qısa zamanda bunun qarşısı alınıb.

P.Sultanova
Azvision.az

Teqlər: