“Barış pınarı” başlayandan 109 terroçu məhv edilib - Ərdoğan

  10 Oktyabr 2019    Oxunub : 1145
“Barış pınarı” başlayandan 109 terroçu məhv edilib - Ərdoğan
Suriyanın şimalında dünən başladılan “Barış pınarı” hərbi əməliyyatları çərçivəsində indiyə kimi 109 terrorçu məhv edilib.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, hazırda əməliyyatlar davam edir və əsas məqsədləri suriyalıların öz evlərinə dönə bilməsini təmin etməkdir.

"Biz bu əməliyyatda heç kimə, xüsusən mülki şəxslərə zərərin dəyməsini heç vaxt qəbul etməyəcəyik. Çox qısa bir müddətdə Münbiçdən İraq sərhədinə qədər bütün bölgənin təhlükəsizliyini təmin edib, 8 ildir Suriya xalqının başı üzərində dolaşan qara buludları yox edəcəyik", - deyə Ərdoğan vurğulayıb.

P.Sultanova
Azvision.az

Teqlər: Ərdoğan   Türkiyə   Suriya