Əfsanəvi kosmonavt vəfat edib

  11 Oktyabr 2019    Oxunub : 3604
Əfsanəvi kosmonavt vəfat edib
Əfsanəvi sovet kosmonavtı Aleksey Leonov vəfat edib.
Azvision.az RİA Novosti-yə istinadən xəbər verir ki, kosmonavt uzun sürən xəstəlikdən sonra 86 yaşında Moskva Klinik Xəstəxanasında vəfat edib.

Leonov oktyabrın 15-də Mıtışaxdakı xatirə qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, 1965-ci ilin martında Leonov dünyada açıq kosmosa çıxan ilk şəxs olub. O, açıq kosmosda 12 dəqiqə qalıb.

P.Sultanova
Azvision.az

Teqlər: Kosmonavt   AlekseyLeonov   Vəfat