Ermənistanda atışma olub, ölən var

  12 Oktyabr 2019    Oxunub : 1323
Ermənistanda atışma olub, ölən var
Ermənistanda silahlı insident baş verib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxt İrəvanın yaxınlığındakı Ararat rayonunun Qeqanist kəndində qeydə alınıb. İnsident nəticəsində ağır güllə yarası alan bir kişi xəstəxanaya çatdırılsa da, orada həyatını itirib.

Cinayətin təfərrüatları məlum deyil. Faktla bağlı polis araşdırma aparır.

P.Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Atışma