Türkiyəyə terror hücumu - 3 mülki şəxs ölüb

  12 Oktyabr 2019    Oxunub : 1243
Türkiyəyə terror hücumu - 3 mülki şəxs ölüb
PKK / YPG terror qruplaşmasının Suriyadan Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonuna mərmilər atması nəticəsində həlak olan mülki şəxslərin sayı üç nəfərə çatıb.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, terrorçuların hücumu zamanı ağır yaralanan mülki şəxs İsmayıl Taşkının həyatını xilas etmək mümkün olmayıb.

Terror təşkilatı PKK /YPG-nin dünən Suruçda mülki şəxslərə qarşı hücumu zamanı 2 nəfər ölüb, 2 nəfər isə yaralanmışdı.

P.Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Suriya   Terror