İran XİN: Tehran Vaşinqtonla məxfi danışıqlar aparmır

İran XİN: Tehran Vaşinqtonla məxfi danışıqlar aparmır
  11 Dekabr 2013    Oxunub:1000
İran və ABŞ arasında heç bir məxfi danışıqlar aparılmır. AzVision.az “İTAR-TASS”a istinadən xəbər verir ki, bu barədə İran XİN rəsmi nümayəndəsi Mərziyə Əfham bəyan edib.

“Tehran və Vaşinqton arasında heç bir məxfi danışıqlar aparılmır. Nüvə proqramı ilə bağlı məsələ İran və “altılıq” ölkələri arasında keçirilmiş görüşlər çərçivəsində müzakirə olunub”, deyə Mərziyə Əfham qeyd edib.

Qeyd edək ki, bir sıra qərb KİV-lər İran və ABŞ arasında cari il ərzində yüksək səviyyədə bir sıra məxfi görüşlərin keçirildiyini bildiriblər. Nəşrlərin iddiasına görə, bu görüşlər noyabrın 24-də Cenevrədə İranın nüvə proqramı ilə bağlı tarixi sazişin imzalanması üçün zəmin yaranmasına imkan yaradıb.


Teqlər:  





Xəbər lenti