Paşinyanın xanımı tənqid olunduğu üçün stilisti işdən qovdu

 Paşinyanın xanımı tənqid olunduğu üçün stilisti işdən qovdu
  12 Oktyabr 2019    Oxunub:2638
Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akobyan saç ustası və stilisti Sofya Navasardyanı işdən qovub.

Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. Nəşrin məlumatına görə, "Facebook"da Xudoyan adı ilə qeydiyyatdan keçmiş Sofya rəsmi sənədlərdə köməkçi kimi göstərilib.
“Onun hökümətdəki işi Paşinyanın xanımının, bəzən də baş nazirin özünün stili ilə məşğul olmaq idi. Anna Akobyan həmişə baxımlı görünməsi üçün onu xarici səfərlərində saç ustası-stilisti olaraq özü ilə aparırdı. Lakin Akobyanın tərzi hər zaman mətbuatda müzakirələrə səbəb olurdu. Sofya rəsmi olaraq baş nazirin "köməkçisi" təyin edildiyi üçün Paşinyanın səfərlərində iştirakı qanuniləşdirilmişdi”, - deyə “Hraparak” yazıb.

Nəşr qeyd edib ki, Sofya işdən olduqca gözlənilməz və kobud bir şəkildə qovulub: “Bizə verilən məlumata görə, onun işindən ciddi narazılıq olub. Baş nazirin həyat yoldaşının geyimləri və tərzinin vaxtaşırı müzakirə olunmasında Sofiyanı günahkar hesab ediblər və onu yeni bir stilistlə əvəzləyiblər.

Anna Akobyanın ofisindən Sofiyanın öz istəyi ilə avqust ayında işdən azad edildiyi söylənilsə də, hökumətin protokol şöbəsində qeydiyyata alındığı üçün ora müraciət etmək məsləhət bilinib”.

P.Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti