Putin Paşinyanla telefonla danışdı

  12 Oktyabr 2019    Oxunub : 1305
 Putin Paşinyanla telefonla danışdı
Rusiya prezidenti ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər telefon danışığında Suriyanın şimalındakı vəziyyəti müzakirə edib, regional əhəmiyyətli bir sıra mövzulara toxunublar.

Nikol Paşinyan "Facebook" səhifəsində yazıb ki, dünən Aşqabadda MDB Dövlət Başçısları Şurasının iclasında Rusiya prezidenti Vladimir Putinə Suriyanın erməni icmasının təhlükəsizliyi ilə bağlı müraciət edib.

"Rusiya Federasiyasının prezidentinə tez reaksiya verdiyinə görə minnətdaram", - deyə Paşinyan yazıb.

P.Sultanova
Azvision.az

Teqlər: Putun   Paşinyan   Telefon