Suriyada 550 terrorçu zərərsizləşdirilib

  14 Oktyabr 2019    Oxunub : 852
Suriyada 550 terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi "Barış pınarı" antiterror əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 550 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əməliyyatlar uğurla davam etdirilir.



Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” əməliyyatına başlayıb.

Azvision.az

Teqlər: Türkiyə   Suriya   Barış-Pınarı