Qırğızıstan Prezidenti Bakıya yola düşdü

  14 Oktyabr 2019    Oxunub : 1908
Qırğızıstan Prezidenti Bakıya yola düşdü
Qırğızıstan Prezident Sooronbay Jeenbekov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci iclasında iştirak etmək üçün Bakıya rəsmi səfərə yola düşüb.

Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstanın dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Jeenbekov Türk Şurasının iclasında iştirak etməklə yanaşı, Bakıya səfər edəcək digər ölkələrin liderləri ilə də bir sıra görüşlər keçirəcək.

Səfərdə Qırğızıstan liderini xarici işlər naziri Çingiz Aydarbekov, iqtisadiyyat naziri Sanjar Mukanbetov, maliyyə naziri Baktıgul Jeenbayev, mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, həmçinin Prezident Aparatının xarici siyasət şöbəsinin müdiri Daniyar Sadıqov müşayət edir.

Sooronbay Jeenbekovun bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşü planlaşdırılır.

Bundan əlavə, Qırğızıstan rəhbəri Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevlə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək.

P.Sultanova
Azvision.az

Teqlər: Qırğızıstan