Azərbaycanla Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlıq Sazişi imzalanıb - FOTO
Miqrasiya sahəsində iki hökumət arasında imzalanacaq Sazişin əhəmiyyətini xüsusi vurğulayan Vüsal Hüseynov bu sənədin gələcək əməkdaşlığın daha da genişləndirilməsinə imkan verəcəyini əminliklə ifadə edib. Xidmət rəisi bildirib ki, saziş miqrasiya sahəsində təcrübə, o cümlədən statistik, hüquqi və elmi-metodiki məlumatların mübadiləsinin aparılmasını, hər iki ölkənin vətəndaşlarının hüquqlarının müdafiəsini və digər məsələləri özündə ehtiva edir. Səmimi qəbula görə təşəkkür edən Yerlan Zamanbekoviç Turqumbayev Sazişin imzalanmasına görə məmnunluğunu söyləyərək miqrasiya sahəsində ikitərəfli əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə əminliyini bildirib.
Sonra “Azərbaycan Respublikasının Hökuməti ilə Qazaxıstan Respublikasının Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Qonaqlar, həmçinin Dövlət Miqrasiya Xidmətində fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Qazaxıstanın Daxili İşlər naziri Yerlan Zamanbekoviç Turqumbayev xatirə kitabına ürək sözlərini yazıb. Səfər çərçivəsində qonaqlar Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olublar.
Azvision.az
Teqlər: DMX Qazaxısatn