Tramp Türkiyəyə qarşı sanksiyalar tətbiq etdi

 Tramp Türkiyəyə qarşı sanksiyalar tətbiq etdi
  15 Oktyabr 2019    Oxunub:1558
ABŞ prezidenti Donald Tramp Suriyadakı hərbi əməliyyatlara görə Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi barədə sərəncam imzalayıb.

Azvision.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo bildirib.
"Prezident Donald Tramp bu sərəncamı Türkiyənin Suriyanın şimal-şərqindəki hərbi əməliyyatları dayandırması və atəşkəsə getməsi üçün imzalayıb. İcra sərəncamı Maliyyə Nazirliyi və Dövlət Departamentinə Türkiyə hökumətinin ayrı-ayrı şəxslərinə, təşkilatlara qarşı sanksiyalar tətbiq etmək səlahiyyəti verir.

Sərəncamın imzalanması ilə eyni vaxtda Türkiyənin yüksək səviyyəli səlahiyyətliləri, enerji və müdafiə nazirliklərinin üç nümayəndəsi sanksiyalar siyahısına daxil edilib", - deyə Pompeonun bəyanatında deyilir.

Onun sözlərinə görə, əlavə sanksiyalardan qaçmaq üçün Türkiyə Suriyanın şimal-şərqindəki əməliyyatı dərhal dayandırmalı və ABŞ-la dialoqa qayıtmalıdır.

ABŞ Maliyyə Nazirliyinin saytında isə məlumat yayılıb ki, Vaşinqtonun sanksiyalar siyahısına Milli Müdafiə Nazirliyi, Enerji və Təbii Sərvətlər Nazirliyinin rəhbərləri Hulusi Akar və Fatih Dönmez, eləcə də daxili işlər naziri Süleyman Soylu da əlavə edilib.

ABŞ-ın rəsmi qurumu bəyan edib ki, Türkiyə hökumətinin digər vəzifəli şəxslərinə və dövlət korporasiyalarına əlavə sanksiyalar tətbiq etməyə hazırdırlar.

P.Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti