Türkiyənin Helsinkdəki səfirliyinə hücum olub

  15 Oktyabr 2019    Oxunub : 1284
Türkiyənin Helsinkdəki səfirliyinə hücum olub
“Barış pınarı” əməliyyatına etiraz edən bir qrup şəxs Türkiyənin Finlandiyadakı səfirliyinə hücum edib.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, etirazçılar səfirliyin binasının şüşələrini qırıblar.

“Paytaxt Helsinkidə 250 nəfərlik qrup Türkiyənin Suriyanın şimalında keçirdiyi "Barış pınarı" əməliyyatına qarşı etiraz edib. Onlar səfirliklərin yerləşdiyi Kaivopuisto küçəsinə doğru irəliləyərək Türkiyə səfirliyinin binasına hücum ediblər. Hücum zamanı binanın dörd şüşəsi qırılıb, səfirliyə sərt əşyalar atılıb", - deyə məlumatda bildirilib.

Şikayət əsasında polis tərəfindən bir nəfər saxlanılıb.

P.Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Səfirlik