Tramp köməkçisini təcili Ankaraya göndərir

  15 Oktyabr 2019    Oxunub : 975
 Tramp köməkçisini təcili Ankaraya göndərir
ABŞ prezidenti Donald Trampın köməkçisi Maykl Pens Türkiyəyə səfər edəcək.
Azvision.az “Hürriyyət”ə istinadən xəbər verir ki, səfər yaxın günlərdə reallaşacaq. M.Pens bəyan edib ki, ABŞ Türkiyəyə Suriyadakı əməliyyatlar üçün "yaşıl işıq" yandırmayıb.

Köməkçinin sözlərinə görə, Tramp atəşkəsin əldə edilməsinə vasitəçilik etmək üçün onun rəhbərlik edəcəyi heyətin Ankaraya getməsini istəyib.

Nümayəndə heyətinə Ağ evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Robert Obrienin də daxil edilə bilər.

P.Sultanova
Azvision.az

Teqlər: ABŞ   Türkiyə