Paşinyan həmsədrlərlə Qarabağı müzakirə edib

  15 Oktyabr 2019    Oxunub : 1754
Paşinyan həmsədrlərlə Qarabağı müzakirə edib
Ermənistanın baş naziri Nikol Paşinyan regionda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.
Azvision.az “aysor.am”a istinadən xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli müzakirə olunub, tərəflər arasında etimadın yaradılması kontekstində atəşkəs rejiminin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin, xalqları sülhə hazırlamağın vacibliyi məsələsinə də toxunulub.

P.Sultanova
Azvision.az

Teqlər: ATƏT   Ermənistan