Nepalın Baş naziri Azərbaycana gəlir

  16 Oktyabr 2019    Oxunub : 960
Nepalın Baş naziri Azərbaycana gəlir
Nepalın Baş naziri Khadga Prasad Oli Azərbaycana səfər edəcək.
Azvision.az bu ölkənin “My Republica” nəşrinə istinadən xəbər verir ki, Baş nazir oktyabrın 25-26-da keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitində iştirak edəcək.

Qeyd edək ki, sammit zamanı quruma sədrlik üç il müddətinə Azərbaycana keçəcək.

P.Sultanova
Azvision.az

Teqlər: Nepal   Baş-Nazir