Əsəd ordusu 5 ildən sonra Rakkaya daxil oldu

Əsəd ordusu 5 ildən sonra Rakkaya daxil oldu
  16 Oktyabr 2019    Oxunub:5379
Suriya ordusunun bölmələri son beş ildə ilk dəfə olaraq Rakka şəhərinə daxil olub.
Azvision.az xəbər verir ki, bu barədə "RİA-Novosti" Suriyadakı səhra komandirinə istinadla məlumat yayıb.

Qeyd edilir ki, Suriya hökumət ordusu ərazidə müşahidə məntəqəsi qurub.

Xatırladaq ki, Rakka 2014-ci ildə “İŞİD” tərəfindən tutulub və de-fakto yaraqlıların qalasına çevrilib. 2017-ci ilin oktyabrında isə "Suriya Demokratik Qüvvələri"nin beynəlxalq koalisiya aviasiyasının dəstəyi ilə aylarla davam edən hərbi əməliyyatdan sonra şəhər azad edilib.

P.Sultanova
Azvision.az



Teqlər: Suriya   Rakka  





Xəbər lenti