Ərdoğan Maykl Penslə görüşə razılıq verdi

 Ərdoğan Maykl Penslə görüşə razılıq verdi
  16 Oktyabr 2019    Oxunub:2036
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, Ərdoğan ABŞ nümayəndə heyətini sabah qəbul edəcək.

Ərdoğan daha əvvəl ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşmək fikrində olmadığını demişdi. Qeyd etmişdi ki, onlarla Türkiyənin vitse-prezidenti Fuat Oktay və xarici işlər naziri Mövlud Çavuşoğlu görüşəcək. Özü isə görüş üçün prezident Donald Trampı gözlədiyini vurğulamışdı.

Buna baxmayaraq, Ağ Ev bəyan edib ki, oktyabrın 17-də Pensin Ərdoğanla ikitərəfli görüşü planlaşdırılır.

P.Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Ərdoğan   ABŞ  





Xəbər lenti