AMEA-nın magistraturasında tədris prosesi təkmilləşdirilir
Tədris prosesinə cəlb olunan müəllimlərin AMEA-nın tanınmış alimləri sırasından seçildiyini deyən Ə.Sadıqov burada beş akademik, 19 müxbir üzv, 41-i professor olmaqla 66 elmlər doktoru və 101-i dosent olmaqla 127 fəlsəfə doktorunun dərs dediyini nəzərə çatdırıb.
Öz çıxışında 2019-cu ildən AMEA-da ödənişli magistr təhsilinə başlanıldığını xatırladan akademik-katib magistr hazırlığının 26 elmi tədqiqat institutu ilə aparıldığını qeyd edib.
Rəyasət Heyətinin iclasında AMEA-nın müxbir üzvü Əminağa Sadıqov institutlara tədris-metodiki sənədlərin, xüsusilə sillabusların tədris ili başlanana qədər hazırlanıb təsdiqlənməsi üçün müvafiq təhsil şöbələrinə vaxtında təqdim olunmasını tövsiyə edib.
Azvision.az
Teqlər: AMEA