Əli Kərimli psixoz olub?!

   Əli Kərimli psixoz olub?!
  17 Oktyabr 2019    Oxunub:8540
Uzun müddətdir razılaşdırılmış mitinqlərə çağırış edən Əli Kərimli nə üçün birdən-birə marginallaşmış qrupu qanunsuz mitinqə çağırır? Politoloqlar qanunsuz mitinq çağırışını Əli Kərimlinin son kartı, AXCP üçün isə sonunun başlanğıcı hesab edirlər.
Əldə etdiyimiz məlumatlara görə, Əli Kərimli Sevinc Osmanqızının kanalında canlı yayıma çıxarkən belə bir niyyəti olmayıb, sadəcə, həmin an affekt vəziyətində belə bir qərar verib. Canlı yayımdan dərhal sonra ani qərarından peşman olub, lakin artıq geri dönüşü olmayan yola girmişdi.

Hazırda Əli Kərimli çalışır ki, hansısa formada ondan asılı olmayan səbəblərdən qanunsuz mitinqin qarşısı alınsın və özü də “üzrlü” səbəbdən iştirak edə bilməsin. Əli Kərimli bu barədə hazırda Amerikaya köç etmiş Cəmil Həsənli ilə məsləhətləşib. Cəmil Həsənli isə ona kreativ ideya təklif edib. Güman edilir ki, son anda Əli Kərimli ictimaiyyətə müraciət edərək, AXCP funksionerlərinin, o cümlədən, Saqif Qurbanov, Əliağa Məmmədov, Murad Sultanov, Nicat Nizamov, Yalçın Abdullayev, Paşa Umudov və sürücüsünün həbs olunduğunu bəhanə gətirərək, mitinqi başqa vaxta və yerə təyin etdikləri barədə çağırış edəcək.

Bəs Əli Kərimli nə üçün canlı yayımda belə çağırış edib? Onun video çıxışını, hərəkətlərini, emosiyalarını təhlil edən tanınmış psixiatr doktor Zakir onda şizofreniyanın psixoz əlamətlərinin göründüyünü, Əli Kərimlinin reallığı qiymətləndirmə bacarığını itirdiyini qeyd edib . Zakir doktor bildirib ki, bu xəstəlik zamanı şəxs fərdi xüsusiyyətlərini və özünü idarəetmə bacarığını itirilir.



Əli Kərimli həqiqtənmi psixoz olub və olubsa, səbəbləri nələrdir?

Psixiatr Zakir doktor qeyd edib ki, bu, genetik, yaxud, şəraitlə bağlı səbəblərdən ola bilər. Həmin şəxsin həyatında baş verən hadisələr, ailədə, işdə, dostları arasındakı münasibətlərdə pozulmalar buna təsir göstərə bilər. İctimaiyyətə bir o qədər də sirr olmayan, AXCP ətrafında son iki ay ərzində baş verən qalmaqalları təhlil etsək, Əli Kərimlidə baş verən psixoz pozuntunun səbəbləri aydın olar.

Birincisi, öz müavini və yaxın dostu Fuad Qəhrəmanlının qızı Selcan canlı yayıma çıxaraq, atasının ona, bacısına və anası Zümrüd Yağmura işgəncə verməsi və nə üçün Əli Kərimlinin belə bir canini sağ tərəfində saxlaması barədə açıqlaması müxalifət düşərgəsinin gündəmini alt-üst elədi.



Daha sonra AXCP-nin trollarının Selcanı linç etməsi, onu əxlaqsız elan etmələri, Nurlan Libre ilə şəkillərinin yayılması, Məhəmməd Mirzəli vasitəsilə Xədicə İsmayıl və Emin Millini təhqir etdirməsi Əli Kərimliyə baha başa gəldi. Həm müxalifət, həm də ictimai fikir ondan ibarət oldu ki, iqtidarın 30 ildə Əli Kərimli və AXCP-yə vura bilmədiyi zərbəni Əli Kərimlinin trolları vurdu. İctimai qınaqdan məcbur qalıb, Fuad Qəhrəmanlı məcburi istefaya göndərildi.





Fuad Qəhrəmanlının istefaya göndərilməsi Gözəl Bayramlının ürəyincə olmadı və o, açıq şəkildə partiyadan istefa verəcəyini Əli Kərimliyə bildirdi. Ümumilikdə Əli Kərimli bir lider kimi bu prosesi idarə edə bilmədi və ilk böyük zərbəni aldı.

İkincisi, yaxın dostu və mətbuat xidmətinin rəhbəri Qənimət Zahidin öz doğma bacısı qızı ilə əxlaqsız şəkillərinin yayılması Əli Kərimli üçün ikinici zərbə oldu. AXCP-nin yüksək səviyyəli funksionerlərinin ailəsində baş verən hadisələr AXCP barəsində arvaddöyənlər və meşşan imici yaratdı.

Üçüncüsü, Fuad Qəhrəmanlının dövlətə işləməsi, Məmməd ibrahimin mitinqlərə insanların gələməməsi ilə bağlı iradı, Rəşid Turabovun AXCP-nin troll şəbəkəsini idarəetəsi ilə bağlı səs yazıları, Gültəkin Hacıbəylinin “Türkel Oğuz” adlı feyk profil vasitəsilə özünə tərif yazması və müxalifət düşərgəsində olan şəxsləri təhqir etməsi, Milli Şurada ən yüksək səviyyələrdə trolluq fəaliyyəti ilə məşğul olmaları və bütün bunların ifşa olunması növbəti zərbə oldu.



Gültəkin Hacıbəyli ilə keçmiş qayınanası Nəhayət Məmmədova arasında 6 ildir davam edən 50 min dollarlıq qalmaqallı borc mübahisəsi, oğlunu ölkədən gizli qaçırmaq planı və nəhayət, onun Fuad Qəhrəmanlının ailəsinin dağılmasında adının hallanması yenə Əli Kərimli üçün yaxşı olmadı.



Gültəkin Hacıbəyli Milli Şurada destruktiv fəaliyyət apardı, onun qədimdən gələn eşq macəralarına marağı Milli Şura daxilində də bir çox ailədaxili münaqişələrə gətirib çıxardı. Məhz bu səbəbdən Əli Kərimlinin arvadı Samara xanım onu tək qoyaraq, İngiltərəyə köçdü. Partiyada dostlarını itirən Əli Kərimli ailə üzvlərini də itirdi.



AXCP sədrinin əsəbləri dözmədi, meydanda tək qalmış Əli Kərimlidə ağır psixozun əlamətləri görünməyə başladı. Ona sonuncu zərbə isə Azərbaycanda yeni müxalifət ideyasının digər, nisbətən yeni müxalif təşkilatları tərəfindən Praqada ortaya atılması ilə gəldi. Elə bunun ilk işartısı da iki gün öncə Praqada keçirilən görüşə Əli Kərimlinin mətbuat katibi Qənimət Zahidin çağırılmaması və AXCP-yə qrant layihələrinin verilməməsi oldu.



Beynəlxalq təşkilatların AXCP ilə bağlı təəssüratları odur ki, təşkilatın əksər tərəfdarları AXCP-də təmsil olunan rəhbər şəxslərin qohumlarıdır, üzvlərinin əksəriyyətinin təhsilsiz kütlə olması, yeni dövrün tələblərinə cavab verməməsi bu prosesi daha da sürətləndirdi. Bu baxımdan, “yeni müxalifət” tezisi Əli Kərimlini özündən çıxartdı.

Ətrafında bu qədər hadisə baş verən ambissiyalı müxalifət liderində psixozun əlamətlərinin olması təbii bir hadisədir. Ancaq psixoz xəstələyindən sağalmaq mümkündür. Bunun üçün gərək Əli Kərimli həkimə müraciət etsin, dəqiq diaqnoz qoyulandan sonra, tarixin arxivində və ya həbsxanaların müalicə müəssisələrinin birində istirahət eləsin. Artıq vaxtıdır!



Müşfiq Mehdiyev



Teqlər: ƏliKərimli  





Xəbər lenti