Bütün məktəblərdə formalar eyni olmayacaq

 Bütün məktəblərdə formalar eyni olmayacaq
  17 Oktyabr 2019    Oxunub:3429
Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, Nazirlər Kabineti tərəfindən müxtəlif formada, mütəxəssislər tərəfindən hazırlanan, tam standartlara cavab verən bir neçə məktəbli formasının dizaynı təsdiq ediləcək.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, təqdim edilən dizaynlar arasından məktəb direktorları valideynlərlə birlikdə seçimlərini edəcəklər:

"Ayrı-ayrılıqda məktəblərdə vahid məktəbli formasının olması nəzərdə tutulub . Bu, demək deyil ki, bütün ölkədə bir nümunə məktəbli forması istifadə olanacaq".

Aytən Zəhra
Azvision.az



Teqlər: Ceyhun-Bayramov  





Xəbər lenti