Ərdoğan Trampın məktubunu zibil qutusuna atdı - Məktubun mətni

  17 Oktyabr 2019    Oxunub : 3980
Ərdoğan Trampın məktubunu zibil qutusuna atdı - Məktubun mətni
ABŞ prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana oktyabrın 9-da göndərdiyi məktubun mətni sosial şəbəkələrdə yayılıb

Azvision.az xəbər verir ki, məktub kobud tərzdə yazılıb. Ağ Evin sözçüsü Stefan Qriş məktubun həqiqiliyini təsdiqləyib. Belə ki, Tramp Suriyadakı vəziyyətlə əlaqədar Türkiyə prezidentini "axmaq olmamağa" və "yaxşı bir razılaşma" əldə etməyə çağırıb.
"Siz minlərlə insanın öldürülməsinə görə məsuliyyət daşımaq istəməzsiniz, mən də Türkiyə iqtisadiyyatının məhv edilməsində məsuliyyət daşımaq istəmirəm, lakin bunu etmək məcburiyyətində qalacağam. Mən keşiş Bransonla bağlı kiçik bir nümunəni sizə xatırlatmaq istəyirəm. Sizin problemlərinizin həlli üçün çalışıram. Dünyanı xəyal qırıqlığına uğratmayın. Biz yaxşı razılaşma edə bilərik. General Mazloum sizinlə müzakirə aparmaq istəyir, keçmişdə etmədiyi bir çox konsensusa getməyə hazırdır. Yenicə aldığım və mənə xitabən yazdığı məktubu sizə göndərirəm.

Əgər "düzgün" və "humanist” şəkildə davransanız, tarix sizə müsbət baxacaq. İnad etməyin, "axmaq" olmayın. Sizə sonra zəng edəcəyəm, hörmətlə Donald Tramp”,- deyə məktubda yazılıb.

Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məktubu oxuduqdan sonra onu dərhal zibil qutusuna atıb. Həmin gün Türkiyə ordusu Suriyanın şimalında antiterror əməliyyatlarına başlayıb.



P.Sultanova
Azvision.az

Teqlər: Tramp   Ərdoğan