Zaxarova Zatulinin Qarabağa qanunsuz səfərinə münasibət bildirib

Zaxarova Zatulinin Qarabağa qanunsuz səfərinə münasibət bildirib
  17 Oktyabr 2019    Oxunub:4897
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulinin işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfərinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə səfərlə bağlı Azərbaycan tərəfinin təqdim etdiyi notanın diplomatik kanallar vasitəsilə alındığını söyləyib.

"Mən deyə bilərəm ki, Rusiya XİN-in saytında həmin bölgəyə Azərbaycanın icazəsi olmadan səyahət edənlərin ölkəyə girişinə qadağa qoyulması ilə bağlı xəbərdarlıq yerləşdirilib. Bu, hər kəsə aiddir və Azərbaycan hakimiyyətinin mövqeyini əks etdirir", - deyə Zaxarova vurğulayıb.

O, əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi məlumdur və dəyişməz olaraq qalır:

"Dağlıq Qarabağın yekun statusuna gəlincə, Rusiya tərəfinin əvvəllər verdiyi bütün açıqlamalar, dəyərləndirmələr aktualdır. Status Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə müəyyənləşdirilməlidir”.

P.Sultanova
Azvision.az


Teqlər: Rusiya   XİN   Zatulin  





Xəbər lenti