Ərdoğan ABŞ-ın vitse-prezidenti ilə görüşüb - Yenilənib

Ərdoğan ABŞ-ın vitse-prezidenti ilə görüşüb -  Yenilənib
  18 Oktyabr 2019    Oxunub:6261
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Maykl Pens arasında görüş başa çatıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, mətbuata qapalı keçən görüş bir saat 40 dəqiqə davam edib. Paytaxt Ankarada baş tutan danışıqların nəticəsinə dair hələlik açıqlama verilməyib.

***
(17:20)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan ABŞ-ın vitse-prezidenti Maykl Pensi qəbul edib.

Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir, görüş mətbuata keçirilir.

Xatırladaq ki, daha əvvəl Ağ Ev Türkiyənin Suriyada keçirdiyi əməliyyatları müzakirə etmək üçün Maykl Pensin Ankaraya səfər edəcəyi barədə məlumat yaymışdı.

P.Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti