“Titanik” filminin ulduzu 3-cü dəfə ana olub

“Titanik” filminin ulduzu 3-cü dəfə ana olub
  11 Dekabr 2013    Oxunub:1224
Keyt Uinslet oğlan övladı dünyaya gətirib.
38 yaşlı aktrisa Keyt Uinslet Böyük Britaniyanın Sasseks qraflığında yerli xəstəxanaların birində oğlan övladı dünyaya gətirib.
Qeyd edək ki, doğulan körpə onun 34 yaşı olan üçüncü əri Ned Roknrolla ilk övladıdır. Aktrisanın bundan öncə isə rejissor Cim Timplton ilə və Sem Mendesle olan nigahlarından 13 yaşlı Mia və 10 yaşlı Co adında övladları var.

1998 -ci ildən ekranalara çıxan və 11 “Oskar” qazanan “Titanik” filmi Keyt Uinsleti bütün dünyaya məşhur etdi.

Xatırladaq ki, 6- dəfə “Oskar” nominatı olan Keyt 2011- ci ildə “Qiraətçi” filmindəki roluna görə “Oskar”a layiq görülüb.

AzVision.az




Teqlər:





Xəbər lenti