Ərdoğanın Pakistana səfəri təxirə salınıb

Ərdoğanın Pakistana səfəri təxirə salınıb
  18 Oktyabr 2019    Oxunub:3743
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 23-24 oktyabr tarixində Pakistana nəzərdə tutulan səfəri təxirə salınıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər naziri Məhəmməd Feysal bildirib.

Səfərin hansı səbəbdən təxirə salındığı açıqlanmayıb. Buna baxmayaraq, nazir qeyd edib ki, hələlik tərəflər Türkiyə Prezidentinin yeni səfər tarixini müəyyənləşdirməyə çalışırlar.

Azvision.az



Teqlər: Ərdoğan   Pakistan   Səfər  





Xəbər lenti