Ərdoğan Trampa “Twitter”də belə cavab verdi

 Ərdoğan Trampa “Twitter”də belə cavab verdi
  18 Oktyabr 2019    Oxunub:3303
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa cavab verib.
Azvision.az xəbər verir ki, Ərdoğan bu barədə “Twitter” hesabında paylaşım edib.

"Cənab Prezident, biz bəşəriyyətin qatı düşməni terrorizmə qalib gəldiyimiz zaman daha çox həyatlar xilas ediləcək. Əminəm ki, birgə səylər bizim regionumuzda sülhün və sabitliyin qurulmasına kömək edəcək" - deyə Türkiyə lideri Trampın “Twitter”dəki mesajına cavab olaraq yazıb.



Qeyd edək ki, ötən gün Türkiyə ilə ABŞ arasında Suriyanın şimalında atəşkəslə bağlı razılıq əldə olunub. Bu münasibətlə ABŞ Prezidenti Donald Tramp Ərdoğana təşəkkürünü bildirib.

"Türkiyədən gözəl xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək", - deyə Tramp vurğulayıb.

Azvision.az



Teqlər: Tramp   Ərdoğan   Türkiyə   ABŞ  





Xəbər lenti